Zəfər Günü, Zəfərdən doğan günəş, Bakı tədbirləri, Azərbaycan Texniki Universiteti, AzTU, şəhid ailələri, Vətən müharibəsi qəhrəmanları, vətənpərvərlik
Baş xəbər

Bakıda “Zəfərdən doğan günəş” adlı tədbir keçiriləcək

Bugun.Tv xəbər verir ki, noyabrın 6-da Bakıda Zəfər Gününə həsr olunmuş “Zəfərdən doğan günəş” adlı tədbir təşkil ediləcək.

“Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyi və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə keçiriləcək tədbirin əsas məqsədi Vətən müharibəsi qəhrəmanlarının xatirəsini yad etmək, onların göstərdiyi qəhrəmanlığı ehtiramla anmaq və cəmiyyətdə vətənpərvərlik ruhunu gücləndirməkdir.

Tədbirdə Zəfər Gününün tarixi əhəmiyyəti, xalqımızın qələbə əzmi, mənəvi birlik və qəhrəmanlıq ideyaları ön plana çıxarılacaq.

Təşkilatçılar televiziya kanallarını, xəbər saytlarını və media nümayəndələrini tədbiri işıqlandırmağa dəvət edirlər.

Tədbirin keçiriləcəyi yer və vaxt:

  • Tarix: 6 noyabr 2026-cı il
  • Saat: 12:00
  • Məkan: Azərbaycan Texniki Universiteti
  • Ünvan: Bakı şəhəri, Hüseyn Cavid prospekti 25

Əlaqə və akkreditasiya:

  • (+994 99) 747 10 07
  • (+994 70) 222 91 39
Aynur Camal

Oxşar xəbərlər

Daun sindromlu yeniyetmələrin iştirakı ilə “Təbiətin Dostları Festivalı” keçirildi

Elnarə Dərziyeva

Fotoqrafın səma görüntüsü süni intellekt işi hesab edilib

Aynur Camal

Veteranlar Zəfər Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət etdilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu