Baş xəbər

Yanvarın 11-də gözlənilən hava şəraiti

  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yanvarın 10-na olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti yağıntılı olub, arabir qar yağıb, bəzi yerlərdə intensivləşib.

  Sabah ayın 11-də isə Bakı və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.  Havanın temperaturu gecə 1-3° şaxta, gündüz 0°- təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 785 mm civə sütunu, nisbi rütubət isə 70-80 % olacaq . Yollar buz bağlayacaq.

  Bölgələrmizin bəzi yerlərində arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

  Havanın temperaturu gecə 3-7° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 18-22°, gündüz 7-12° şaxta olacaq. Yollar buz bağlayacaq.

Aynur Camal

Oxşar xəbərlər

Alimlər: çatlar artıq yeni növ iş formasıdır

Aynur Camal

Gənc ixtiraçı plastik tullantılardan yanacaq istehsal edib

Aynur Camal

Süni intellekt bir çox virusa qarşı təsirli ola biləcək yeni peyvənd hazırlayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu