Mədəniyyət

Park Cinema-da “Evdə qalmış” filmi nümayiş olunacaq

Bugun.tv xəbər verir ki, romantik komediya janrında çəkilən “Evdə qalmış” filmi 9 fevraldan “Park Cinema” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

Filmdə əsl sevgini axtaran qəhrəmanlar valideynlərinin təkidi ilə 30 yaşlarına çatmadan evlənməlidir. Qonşunun, qohum-əqrəbanın “Evdə qalmısan?”, “A bala nə vaxt tərpənirsən?” kimi suallarından bezən gənclər evlənmək istəməsələr də təsadüfi hadisələr onları bir-biri ilə qarşılaşdırır. Onlar 30 yaşlarını subay yoxsa evli kimi keçirəcəklər? “Evdə qalmış” sözündən canlarını qurtarmaq üçün seçdikləri yol onların həyatını necə dəyişəcək?

Filmdə Kəmalə Piriyeva, Şəhriyar Əbilov, xalq artisti Həmidə Ömərova, əməkdar artist Mehriban Xanlarova, Firuzə Balayeva, Kənan Yusifov, Sanura Cəfərova, Aygün Akif, Elçin Məmmədli, Nigar Əhmədova, Rüstəm Rüstəmov və başqaları rol alıb.

Qeyd edək ki, ekran əsərinin quruluşcu rejissoru Valeh Əhmədovdur.

Filmi izləmək istəyənlər biletləri Park Cinema kassalarından və ya www.parkcinema.az saytından əldə edə bilərlər.

Bugün TV

Oxşar xəbərlər

“Cəfər Cabbarlı – Müasirimizdir” layihəsinin icrasına başlanılıb

Aynur Camal

Nicat Cəfərzadənin 20 illik yubiley konserti baş tutub

Bugün TV

Azərbaycan Yazıçılar Birliyində Nazim Rizvanın 75 illik yubileyi qeyd olunub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu