İdman

Fransalı futbolçu “Qarabağ”da!

Fransanın “Dijon” klubunun futbolçusu Yassin Benzyanın “Qarabağ”a keçidi rəsmiləşib.

Bugun.tv xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçinin “Qarabağ” forması ilə videosu paylaşılıb. Təqdimat videosunda futbolçunun 7 nömrəli formada çıxış edəcəyi görünür. Tərəflər 2.5 illik müqaviləyə imza atıblar.

Xatırladaq ki, Yassin Benzya Fransada Lion “Olimpik”i, “Lill”, Yunanıstanda “Olimpiakos”, Türkiyədə “Fənərbaxça” və “Hatayspor” klublarının formasını geyinib. Əlcəzair millisinin sabiq futbolçusu Fransanın aşağı yaş qruplarından ibarət yığmalarında da çıxış edib. O, cari mövsümdə “Dijon”un heyətində meydana çıxmayıb.

Bugün TV

Oxşar xəbərlər

Formula 1 2027-ci ilin təqvimini açıqladı: Türkiyə də yarışlara qayıdır

Aynur Camal

Manchester derbisində hakim səhvi rəsmən etiraf edildi

Aynur Camal

Şirkətlər arasında “Marsol Minifutbol Turniri 2026” keçiriləcək – qeydiyyat başladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu