6 C
Baku
22 Fevral 2026, 23:04
İdman

45 yaşlı Gigi…

Bu gün italiyalı qapıçı Canluici Buffon 45 yaşını qeyd edir.

O, 1978-ci ildə İtaliyanın Karrara şəhərində anadan olub.

Bugun.tv xəbər verir ki, “Gigi” ləqəbi ilə tanınan qolkiper 176 dəfə İtaliya milli komandasının formasını geyinib və bu göstəricidə liderdir.

O, bir çox futbolçular, futbol mütəxəssisləri və məşqçilər tərəfindən tarixin ən yaxşı qapıçılarından biri və bəziləri tərəfindən ən yaxşısı hesab olunur. Buffon “məşhur zərbə-saxlama”sı ilə tanınır. O, 2001-ci ildə 53 milyon avroya “Parma“dan “Yuventus”a transfer olunaraq tarixdə ən baha qapıçı adına yiyələnib. Buffon İtaliya A Seriyasında ən çox qol buraxmadan oyun keçirmə rekordunu da özündə saxlayır. O, həmçinin liqada ən uzun müddət qol buraxmama rekorduna da sahibdir; 2015–16 mövsümündə 12 oyundan çox, 974 dəqiqə qapısını toxunulmaz saxlamağı bacarmışdı.

Buffonun peşəkar karyerası 1995-ci ildə “Parma”da başlayıb, elə orada qapıçı mövqeyində çıxış etməyə başlayıb. Bu klubla Buffon İtaliya Kubokunu, UEFA Kubokunu və İtaliya Superkubokunu qazanıb. “Yuventus”a transfer olunduqdan sonra Buffon altı dəfə ölkə çempionu, bir dəfə ölkə kubokunu və beş dəfə superkuboku qazanıb.

Buffon hazırda peşəkar karyerasının  başlanğıc nöqtəsi olan  “Parma” klubunda qapıçı mövqeyində çalışır.

 

Bugün TV

Oxşar xəbərlər

Genesis Invitational golf turniri start götürüb

Aynur Camal

Kaliforniyada lavina faciəsi: 8 xizəkçi həyatını itirdi

Aynur Camal

İngiltərə mənbəyi: “Qarabağ” klubundan Ağıdamda yeni stadion layihəsi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu