6 C
Baku
9 Fevral 2026, 19:21
Baş xəbərDünya

“Ermənistan artıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb”

Xarici Xəbərlər

“Ermənistan Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququ uğrunda mübarizəni davam etdirəcək”. Bunu siyasi ekspert Beniamin Matevosyan Ermənistan parlamentində “Laçın dəhlizinin bağlanması” ilə bağlı parlament dinləmələri zamanı deyib. Onun sözlərinə görə, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın məntiqi həm Praqa sənədi, həm də Vaşinqton görüşləri çərçivəsində əldə olunan razılaşmalarla faktiki olaraq düzəldilib. Matevosyan üçtərəfli bəyanatda “Dağlıq Qarabağ”ın statusu ilə bağlı heç bir qeyd-şərt olmadığını deyib.

“Yəni bu məsələnin həlli gələcəyə buraxılacaqdı. Lakin Ermənistan Praqa və Vaşinqtonda apardığı danışıqlar nəticəsində artıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb.

Bu isə o deməkdir ki, Qarabağ mədənləri Azərbaycana məxsusdur və Bakı dəhlizə nəzarət etməlidir”, – deyə politoloq izah edib. “Ona görə də bu gün Laçın dəhlizində baş verən hadisələr Praqa və Vaşinqtondakı proseslərin nəticəsidir”, – deyə Matevosyan bildirib.

Mənbə: sportinfo.az

Aynur Camal

Oxşar xəbərlər

Asiya İnkişaf Bankı 350 milyon dollarlıq yenilənə bilən enerji layihələrini dəstəkləyir

Aynur Camal

Meksika Kuba üçün 800-dən çox ton humanitar yardım göndərdi

Aynur Camal

Livanın şimalında bina çökdü, çox sayda ölənlər var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu