Digər

Əməkdar jurnalist: “Sözün bitdiyi yerdəyik”

Minlərlə insanın cənazəsi, minlərlə insanın yarası, dağıntılar, ah-nalə, göz yaşı, məlum faciənin hüznü ortadadır.

“Çox ağır bir dönəmdən keçirik. Belə bir vəziyyətdə  bilərəkdən və ya bilməyərəkdən sosial şəbəkələrdə müxtəlif siyasi fikir yürütməyə çalışanlar da var … Məncə də bu gün siyasət zamanı deyil, yardım gözləyən insanlara əl uzatmaq zamanıdır.  Sözün bitdiyi yerdəyik. İnsanın yaşayacağı ən çətin durumlardan biri çarəsizlikdir. Allah heç bir bəndəsini öz yurdunda, öz ocağında çarəsizliklə sınamasın.

  Qardaş Türkiyədə baş verən fəlakətin, ağrı-acısını  ifadə  etməyə söz də acizdir. Əzizlərini-doğmalarını itirənlərin kədəri, acısı qarşısında səssiz baş əymək  zamanıdır.  Faciənin mənəvi, maddi, psixoloji, fiziki çətinliklərinə tab gətirmək üçün can qardaşlarımıza Allahdan səbr, dəyanət diləyirəm. Tanrı dağıntılar, uçqunlar altında imdad  gözləyən insanlara güc-qüvvət versin”

Bu sözləri Bugun.tv-ə açıqlamasında əməkdar jurnalist Mətanət Ağamirli  açıqlamasında bildirib.

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu