Digər

İşgəncə verdiyi itin öldüyünü düşünüb onu zibil qutusuna atdı

Rusiya vətəndaşı işgəncə verdiyi itin öldüyünü düşünüb onu zibil qutusuna atıb.

Bugun.tv xəbər verir ki, bu barədə E1 ​​nəşri məlumat yayıb.

Verxoturye şəhər sakininin atdığı iti küçə təmizləyiciləri taparaq xilas ediblər. Sonra  baytarlıq klinikasına aparıb, ona vitamin veriblər. Lakin heyvan çox pis qidalanıb. Baytarlar onun hələ də ölüm təhlükəsi olduğundan ehtiyat ediblər.

Uzun müddətdir ki, heyvanlara kömək edən Larisa adlı yerli sakin yarımcan iti öz himayəsinə götürüb. Hazırda onun sığınacağında 20 it var. Larisa digər xilasedicilər kimi, iti sağaltmağa ümid edir.

İtin tövlədə yaşadığı və keçmiş sahibi tərəfindən mütəmadi olaraq zorakılığa məruz müəyyən edilib.

Xatırladaq ki, bundan əvvəl Novqorod vilayətində Amerika pitbul cinsinə aid itlərin 9 yaşlı uşağı öldürdüyü bildirilmişdi. İstintaq Komitəsi ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi açıb.

Bugün TV

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu