Digər

“ƏSA” teatrının hazırladığı “Qonşu” film-tamaşasının təqdimatı keçirilib.

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində şəhid mayor Murad Məmmədovun əl işlərinin sərgisi və nazirliyin dəstəyi ilə “ƏSA” teatrının hazırladığı “Qonşu” film-tamaşasının təqdimatı keçirilib.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Milli Məclisin üzvləri Musa Quliyev, Arzu Nağıyev, “ƏSA” teatrının rəhbəri Nihad Qulamzadə, qeyri-hökumət təşkilatlarının nümayəndələri, şəhid Murad Məmmədovun ailə üzvləri, dostları, xidmət yoldaşları, digər şəhid ailələri üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və film-tamaşanın yaradıcı heyəti və digər şəxslər iştirak edib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nazirliklə inklüziv teatr olan “ƏSA” teatrı arasında daimi əməkdaşlıqdan bəhs olunaraq qeyd edilib ki, Xocalı soyqırımının 31-ci ildönümü ərəfəsində təqdim olunan “Qonşu” film-tamaşası da yeni inklüziv yaradıcılıq nümunəsidir.

Bir erməni ailəsinin qonşuları olmuş, onlara daim xeyirxahlıq etmiş bir azərbaycanlı ailəsinə qarşı xəyanətini ifşa edən film-tamaşa möhtəşəm Zəfərimizi əks etdirən nikbin, qürurverici sonluqla yekunlaşır.

Oxşar xəbərlər

Paltar qurutmağa görə 1500 avro cərimə tətbiq ediləcək

Aynur Camal

Fransız deputatdan Eurovision boykotu çağırışı: İsrailə görə yayım dayandırılsın

Aynur Camal

Spotify süni intellekt məzmununu ayırmaq üçün “təsdiq işarəsi” tətbiq edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu