26 C
Baku
17 Sentyabr 2026, 17:40
Mədəniyyət

Adamsız adamlar

Bizim məmləkətdə adamlar iki cür olur. Adamsız adamlar, adamlı adamlar. Adamsız adamların üzünə bütün qapılar bağlıdır. Adamlı adamların üzünə qapılar bağlı olduğu halda təpiklə açarlar. Adamlı adamların kefi həmişə sazdır, onlar üçün qış da yazdır. Adamlı adamların, adamsız adamlarla söhbəti tutmaz, qız verib, qız almaz. Bir sözlə, yaxın buraxmaz. Adəmi adəm eləyən parədir dövrü keçdi. Əlində paran var adamın yoxdursa paran işə yaramaz. Adamın var, paran da var, onda sənin yerin yuxarılardadır. Vurub- yıxsan da, süpürüb aparsan da sənə söz deyən olmaz. Vay o gündən adamın adamı yıxıla, yer öz oxu ətrafından çıxıb, onun başına firlanar, gəmiləri batar. Adamsız adamların biri də artar. Bizim məmləkətdə adamın var adamsan, adamın yoxsa…

Əhməd Orucoğlu

Kəmalə Sultan

Oxşar xəbərlər

Səudiyyəli fotoqraf: “Akademik sertifikatlar insana bədii baxış qazandırmır”

Aynur Camal

Nizami Kino Mərkəzində 500 nəfərlik “Mikrosahibkarların Forumu” keçiriləcək

Aynur Camal

Kinorejissor Faiq Nağıyev ARKA-nın fəaliyyətindən narazıdır: “Nə vaxta qədər eyni adamlara vəsait ayrılacaq?”

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu