Baş xəbərSosial

Azərbaycan Pediatriya Cəmiyyəti IPA-nın üzvlüyünə qəbul olunub

Bugun.tv xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Beynəlxalq Pediatriya Assosiasiyasının Daimi Komitəsinə üzv seçilib.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov Hindistanın Qandinaqar şəhərində keçirilən 30-cu Beynəlxalq Pediatriya Assosiasiyanın (IPA) konqresində iştirak edib.

Beynəlxalq konqresdə Azərbaycan Pediatriya Cəmiyyəti IPA-nın üzvlüyünə qəbul olunub. Eyni zamanda, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Beynəlxalq Pediatriya Assosiasiyasının ən ali idarəetmə orqanı olan Daimi Komitəyə (Standing Committee) Orta Asiya regionun təmsilçisi olaraq üzv seçilib.

Qeyd edək ki, 1910-cu ildə yaradılmış Beynəlxalq Pediatriya Assosiasiyasının tərkibinə 149 ölkədən olan 164 pediatrik peşə cəmiyyəti daxildir.

Aynur Camal

Oxşar xəbərlər

Ekspertlər: mədə yanmasını təkcə acı və yağlı yeməklər yaratmır

Aynur Camal

İspaniya və Portuqaliyada yeni sel təhlükəsi

Aynur Camal

Azərbaycan Türkiyəyə həmrəylik mesajı yayımladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu