Image default
İqtisadiyyat

Rusiyanın xarici valyuta satışı 118 milyon dollar təşkil edib

Rusiya Mərkəzi Bankı martın 3-də daxili bazarda hesablaşmalarla 8,9 milyard rubl (118 milyon dollar)  dəyərində xarici valyuta satıb.

Bugun.tv xəbər verir ki, bu barədə Rusiyanın maliyyə nazirliyi məlumat yayıb.

Maliyyə Nazirliyi daha əvvəl bildirmişdi ki, 2023-cü il fevralın 7-dən martın 6-dək xarici valyuta satışına 160,2 milyard rubl (2,2 milyard dollar) ayıracaq.

Rusiya yeni fiskal qayda mexanizmi çərçivəsində daxili bazarda valyuta satışı əməliyyatlarını bərpa etdi. Qeyd edək ki, xarici valyutanın alqı-satqısı  Rusiya Bankı tərəfindən daxili bazarda Moskva Birjasının valyuta bölməsində “Çin yuanı-rublu” alətində həyata keçirilir.

Mənbə:TASS

Bugün TV

Oxşar xəbərlər

Vüqar Bayramov: Prezident İlham Əliyevin Almaniyaya səfəri iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır

Aynur Camal

Deputat Vüqar Bayramov: Qeyri-neft-qaz idxalının azalması valyuta axını baxımından müsbət tendensiyadır

Aynur Camal

Neftin qiyməti 90 dolları keçdi: ABŞ-İran qarşıdurması enerji bazarını yenidən sarsıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu