İqtisadiyyat

Rusiyanın qaz hasilatı 33 milyon metrik ton təşkil edir

“Qaz ixracımızın strateji vəzifəsi və gələcəyi ortamüddətli perspektivdə ildə ən azı 100 milyon metrik tona çatmalı olan LNG istehsalının inkişafıdır. Bu günə qədər həyata keçirilən layihələrdə hasilat təxminən 33 milyon metrik ton təşkil edir. Rusiya tikinti mərhələsində olan layihələri, Ust-Luqa və Arktika LNG 2 zavodlarını nəzərə alaraq, ildə 66 milyon metrik ton LNG istehsalına nail olacaq”.

Bugun.tv xəbər verir ki, bunu baş nazirin müavini Aleksandr Novak bildirib.

“İldə 34 milyon metrik ton LNG həcmində layihələr üçün daha çox resurs bazasının tapılmasına nail olmalıyıq. Səlahiyyətli orqanlar və şirkətlər arasında hərtərəfli qarşılıqlı əlaqə təşkil etməliyik. Çünki LNG sənayesi üçün böyük və orta tutumlu avadanlıqların lokallaşdırılmasının dəstəklənməsinə ehtiyac var. Bu istiqamətdə ciddi işləyib, inzibati maneələrin azaldılmasını təmin etməliyik”, – o əlavə edib.

Mənbə:TASS

Bugün TV

Oxşar xəbərlər

Vüqar Bayramov: Azərbaycan süni intellekt və rəqəmsal texnologiyalar üzrə regional mərkəzə çevrilə bilər

Aynur Camal

Vüqar Bayramov: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsi 2025-ci ildə 93 faiz artıb

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan və Ermənistan arasında ticarət dövriyyəsi 300 milyon dollara çata bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu