Image default
Baş xəbər

İlham Əliyev: “Azərbaycan-Bolqarıstan strateji əməkdaşlığının əməli nəticələrini görürük”

Sizi (Bolqarıstan Prezidenti Rumen Radev-red.) Bakıda görmək çox xoşdur. Ümid edirəm ki, Forumdakı iştirakınızdan məmnun olacaqsınız.

Bugun.tv  AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bolqarıstanlı həmkarı Rumen Radev ilə videokonfrans formatında görüşündə bildirib.

X Qlobal Bakı Forumunda iştirak etmək üçün səfərinə görə Bolqarıstan Prezidentinə təşəkkür edən dövlətimizin başçısı deyib: “Sizin şəxsi iştirakınız Qlobal Bakı Forumunun səviyyəsini yüksəldir və əlbəttə əminəm ki, Siz bu beynəlxalq tədbirin potensialına mühüm töhfə verəcəksiniz. Həmçinin, Sofiyadakı görüşlərimizi də məmnunluqla xatırlayıram – keçən il rəsmi səfərim zamanı və interkonnektorun açılışı mərasimində. O vaxtdan ötən dövrdə işlər uğurla irəliləyir və biz strateji əməkdaşlığımızın çox əməli nəticələrini görürük”.

Bugün TV

Oxşar xəbərlər

Deputat: Azərbaycan–Almaniya Biznes Şurası investisiya və məşğulluq imkanlarını genişləndirəcək

Aynur Camal

Dünya Kubokunun finalı ABŞ-da rekord izləyici sayı topladı

Aynur Camal

Anar İsgəndərov: Həsən bəy Zərdabi ilə başlanan Milli Mətbuatımız

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu