26 C
Baku
11 Sentyabr 2026, 20:52
payız göbələkləri, faydalı göbələklər, ağ göbələk, şanterel, rıjik, qırmızıbaş göbələk, göbələklərin faydaları, sağlam qidalanma
Baş xəbərMaraqlı faktlar

Payızda ən faydalı 7 göbələk açıqlanıb – immunitetdən görməyə qədər

Bugun.tv xəbər verir ki, payızın gəlişi ilə meşələrdə göbələk yığımı mövsümü başlayıb. Mütəxəssislər bəzi göbələk növlərinin tərkibində zülal, vitamin və mineralların çox olduğunu bildirirlər. Rusiya mətbuatında yayılan araşdırmada payız mövsümündə daha çox diqqət çəkən yeddi göbələk növü və onların qida xüsusiyyətləri təqdim edilib.

Siyahıda ilk yeri ağ göbələk (borovik) tutur. Mütəxəssislərin sözlərinə görə, 100 qram təzə göbələkdə təxminən 4 qram zülal olur, qurudulmuş halda isə bu göstərici xeyli yüksəlir. Tərkibində C, D, PP və B qrupu vitaminləri, həmçinin kalium, fosfor, dəmir, sink və digər mineralların olduğu bildirilir.

Şanterel göbələkləri isə zərərvericilər tərəfindən nadir hallarda zədələnməsi ilə seçilir. Onların tərkibində müxtəlif vitamin və mineralların olduğu qeyd olunur. Bununla yanaşı, mədə-bağırsaq problemləri olan insanların bu göbələkləri ehtiyatla qəbul etməsi tövsiyə edilir.

Siyahıda bal göbələkləri (opşata), zəfəran rəngli göbələklər (rıjiklər)qırmızıbaş göbələklər (podosenoviklər) də yer alır. Rıjiklərin beta-karotinlə zəngin olduğu və bunun orqanizmdə A vitamininə çevrildiyi bildirilir. Podosenoviklərdə isə müxtəlif vitaminlər, minerallar və polisaxaridlər olduğu qeyd edilir.

Digər növlərdən maslyata B qrupu vitaminləri ilə, süd göbələkləri (qruzd) isə D vitamini ilə zəngin olması ilə fərqləndirilir. Məqalədə süd göbələklərində D vitamininin miqdarının yüksək olduğu bildirilir.

Mütəxəssislər göbələklərin qidada necə hazırlanmasının da əhəmiyyətli olduğunu vurğulayırlar. Xüsusilə çiy göbələklərin qəbulunun məsləhət görülmədiyi, bişirmə, qaynatma və ya pörtlətmənin həzmi asanlaşdıra bildiyi qeyd olunur.

Bununla yanaşı, meşədən yığılan göbələklərlə bağlı əsas qayda dəyişmir: dəqiq tanımadığınız göbələyi toplamaq və yemək olmaz. Bəzi zəhərli növlər görünüşcə yeməli göbələklərə çox bənzəyə bilər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Zəfərdən sonra Qarabağ iqtisadiyyatı 3 dəfədən çox böyüyüb

Aynur Camal

2026-cı ilin payız modasında hansı rənglər və geyimlər üstünlük təşkil edəcək?

Aynur Camal

Şirkətlər arasında “Marsol Minifutbol Turniri 2026” keçiriləcək – qeydiyyat başladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu