Baş xəbər

“Cinayətkarlığın indeksasiyasında artım, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlıdır”

Bugun.tv-yə müsahibə verən Daxili İşlər Nazirliyinin Mətbuat şöbəsinin rəisi Elşad Hacıyevin sözlərin görə, bu gün daha çox diqqət çəkən məqam  Azərbaycanda cinayətkarlığın indeksasiyasındakı artımdır.

“Bu artım səbəbi daha çox narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır. Həmin rəqəmləri sadalasaq, ortaya aydın mənzərə çıxacaq. Ümumən, respublikamızda ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 10 493 cinayət faktı qeydə alınıb ki, bunun da 8539 nəfəri cinayyət məsuliyyətinə cəlb olunub. Onlardan 229 nəfəri qadındır”.

Bu sadalanan rəqəmlər sırasında 3347 sayda satış, 6658 fakt isə, qanunsuz saxlamadır.

“Bütövlükdə ötən il narkotik vasitələrlə əlaqəli həyata keçirilən əməliyyat-axtarış, əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlərlə 3 ton 418 kiloqram müxtəlif xassəli narkotik vasitə müəyyən olunaraq, dövriyyədən çıxarılıb. Ölkəmizdə bütün istiqamətlər üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli tərəfimizdən tədbirlər davam etdirilir. Ərazi polis orqanları, eləcə də Baş Narkotiklə Mübarizə İdarəsi və digər aidiyyatı qurumlar bu işin təşkili və aparılması məsələsini diqqət mərkəzində saxlayır”,- DİN rəsmisi E.Hacıyev əlavə edib.

Bugün TV

Oxşar xəbərlər

İspaniya və Portuqaliyada yeni sel təhlükəsi

Aynur Camal

Azərbaycan Türkiyəyə həmrəylik mesajı yayımladı

Aynur Camal

İran–ABŞ nüvə danışıqları başladı: görüşlər Omanda keçirilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu