Dünyaİdman

“Hatayspor”un oyunçusu ilə vida mərasimi keçirilib

Bugun.tv xəbər verir ki, Hataysporun qanalı futbolçusu Kristian Atsu ilə paytaxt Akkrada vida mərasimi keçirilib.Futbolçunu son mənzilə yola salmaq üçün Qana prezidenti Nana Akufo-Addo, vitse-prezident Mahamudu Bavumia, keçmiş prezident Con Dramani Mahama, həmçinin Atsunun qohumları, komanda yoldaşları və çoxlu sayda insanlar gəlib.

Futbolçu doğulduğu Böyük Akkra əyalətinin Doqobome bölgəsində dəfn ediləcək.

Xatırladaq ki, Kristian Atsu Kahramanmaraşda baş verən zəlzələdə həyatını itirib. Onun cənazəsi fevralın 19-da ölkəsinə göndərilib.

Bugün TV

Oxşar xəbərlər

1700 illik “Odysseia” parçası kitabxana kolleksiyasında tapıldı

Aynur Camal

Argentina Folklend adaları ilə bağlı sanksiyaları sərtləşdirir

Aynur Camal

Atmosferdə su buxarının səviyyəsi rekord həddə çatdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu