Baş xəbərDünya

İslam Əməkdaşlıq Təşkilatı çağırış edib

Bugun.tv-nin xarici KİV-dən əldə etdiyi məlumata görə, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurası Azərbaycanın İrandakı səfirliyinə hücum törədənləri məsuliyyətə cəlb etməyə çağırıb.

Məlumatda bildirilib ki, 57 ölkənin daxil olduğu İƏT-nin Nazirlər Şurası tərəfindən qəbul edilmiş “Tehrandakı Azərbaycan Respublikasının Səfirliyinə qarşı hücum” adlı qətnamədə İƏT-yə üzv dövlətlər tərəfindən 27 yanvar 2023-cü il tarixində Azərbaycanın Tehrandakı səfirliyinə qarşı ölümlə nəticələnən silahlı hücum qəti şəkildə pislənir, İran hökuməti baş vermiş hücumu hərtərəfli araşdırmağa, hücumu törədənləri cinayət məsuliyyətinə cəlb etməyə və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq Azərbaycanın İranın ərazisində olan diplomatik nümayəndəliklərinin mühafizəsini təmin etməyə çağırılır.

Aynur Camal

Oxşar xəbərlər

“Parçalanma toxumu səpənlər cavab verəcək”

Aynur Camal

Nikol Paşinyan: “Xəyal dünyamızdan çıxıb reallıqları görməliyik”

Aynur Camal

Kömürü qaza çevirməyi hədəfləyən 3,9 milyard dollarlıq layihəyə start verildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu