26 C
Baku
19 Aprel 2024, 14:40
DünyaSiyasət

Zelenski Bəşər Əsədə qarşı sanksiyalar tətbiq etdi

Ukrayna prezidenti Volodimir Zelenski Suriya lideri Bəşər Əsədə qarşı sanksiyalar tətbiq edib.

Zelenskinin saytına yüklənən sənəddə Əsədin aktivlərinin bloklanması və bir sıra digər tədbirlərə məruz qaldığı aydınlaşdırılır.

Bugun.tv xəbər verir ki, əksəriyyəti Rusiya vətəndaşı olan 300 fiziki və 141 hüquqi şəxsə də məhdudiyyətlər qoyulub. Siyahıda Suriyanın baş naziri Hüseyn Arnous, xarici işlər naziri Feysal Miqdad və bir sıra İran vətəndaşlarının da adı var.

Qara siyahıya düşən hüquqi şəxslər arasında Rusiyanın elmi-tədqiqat və istehsalat və gəmiqayırma müəssisələri və aviasiya sənayesi şirkətləri, o cümlədən Kalaşnikov və Almaz-Antey konserni və Ural zavodu var. Həmçinin, bir neçə İran firmasının adı çəkilir.

Sanksiyalar aktivlərin dondurulmasını, ticarət və resursların tranzitinə məhdudiyyətlər, Ukraynada özəlləşdirmədə iştirakın qadağan edilməsi, iqtisadi və maliyyə öhdəliklərinin dayandırılması və Ukraynanın dövlət mükafatlarının ləğv edilməsini nəzərdə tutur.

Mənbə:TASS

Nigar Məmmədova

Oxşar xəbərlər

Şehbaz Şərif Pakistanın yeni baş naziri seçildi — PTV News

Bugün TV

Miqrantları daşıyan qayıq batdı: 15 nəfər itkin düşdü

Nigar Məmmədova

Hicablı qadınlar işə qəbul proseslərində və karyeralarında ayrı-seçkiliyə məruz qalırlar

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu