Digər

Novruz bayramını necə keçirirsiniz?-SORĞU

Ölkəmizdə Novruz bayramı qeyd olunur. Uşaqdan-böyüyə hər kəs bayram ab-havasındadır. Bununla əlaqədar Bugun.tv şəhərdə sakinlər arasında sorğu keçirib. İnsanların bayramla bağlı fikirlərini və əhval-ruhiyyəsəni öyrənib.

“Novruz  Azərbaycan xalqının milli bayramıdır. Çox gözəl adət-ənənələri var. Biz uşaq olanda bu bayramın gəlişini səbirsizliklə gözləyirdik. Yumurta döyüşmək, kosa-keçəl, anamın səməni cücərtməsi, şəkərbura-paxlava bişirməsi, qovurğa qovurması mənim üçün yaddaqalan ən xoş xatirələrdəndir. Uşaq olmasam da, indi də o hissləri keçirirəm”,- şəhər sakini bildirib. “Novruz bayramı yenilik deməkdir. Yazın gəlişi ilə insan ruhən yenilənir, enerjisi artır. Sanki qışın bütün yorğunluğu yazda çıxır. Küsülülər barışır, neqativ nə varsa, ondan azad oluruq. Hə, bir də biz xanımlar ən çox yazda qarderobumuzu yeniləyib, təzə geyimlər alırıq”.

Müəllif: Qaytən Qasımzadə

Kərim İbrahimov

Bugün TV

Oxşar xəbərlər

Aİ qüvvələri Aralıq dənizində şübhəli neft tankerinə baxış keçirdi

Aynur Camal

22 İyul – Azərbaycan milli mətbuatı 151 yaşını qeyd edir

Aynur Camal

Həbsxanaya narkotik aparan pişik saxlanıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu