DünyaSiyasət

Macarıstanın xarici işlər naziri NATO ölkələrinə xəbərdalıq etdi

Macarıstanın xarici işlər naziri Peter Szijjarto NATO ölkələrinə Rusiya ilə birbaşa münaqişəyə girməmək barədə xəbərdarlıq edib.

“Mövcud tənzimləməyə görə, NATO bizim ətrafımızda müharibə aparmır. İndi belədir.  NATO ilə Rusiya arasında birbaşa qarşıdurma dünya müharibəsinə gətirib çıxaracaq”.

Bugun.tv xəbər verir ki, bunu Szijjarto Brüsseldə blokun baş katibi Yens Stoltenberq ilə görüşündən sonra Facebookda yazıb.

Macarıstan hökuməti Ukraynada münaqişənin başlamasından sonra Kiyevə silah göndərməyəcəyini bildirib. Həmçinin, hər iki tərəfi problemi yalnız sülh yolu ilə həll etməyə çağırıb. Szijjarto bu mövqeyini Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında bildirib. O, əlavə edib ki, Macarıstan Ukrayna ordusuna sursat təchizatının birgə maliyyələşdirilməsində iştirakdan imtina edib.

Mənbə: TASS

Q

Bugün TV

Oxşar xəbərlər

“Parçalanma toxumu səpənlər cavab verəcək”

Aynur Camal

Nikol Paşinyan: “Xəyal dünyamızdan çıxıb reallıqları görməliyik”

Aynur Camal

Kömürü qaza çevirməyi hədəfləyən 3,9 milyard dollarlıq layihəyə start verildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu