13 C
Baku
18 Aprel 2026, 2:40
Baş xəbər

Ramazanda qidalanarkən nələrə diqqət edək?

Atıq 11 ayın sultanı Ramazandayıq. Bu il də orucluq yaz aylarına təsadüf etdiyindən günlər xeyli uzun keçəcək. Bu isə o deməkdir ki, günün xeyli hissəsini ac qalacağıq. Bəs, necə qidalanaq ki, günboyu bunu hiss etməyək, həm də günün sonuna kimi taqətimiz olsun.

Bugun.tv xəbər verir ki, mütəxəssislər imsakda toxluq müddətini uzadan, bədəndə su saxlayan qidalara üstünlük verməyi tövsiyə edirlər.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Əfsanə Cabbarovanın sözlərinə görə, həzm problemi yaşamamaq, qanda şəkərin miqdarını normada saxlamaq üçün lifli qidalardan istifadə artırılmalıdır. “İmsak zamanı yumurta, süd məhsulları, yulafdan hazırlanan qidalar yeyilsə, toxluq hissi daha uzunmüddətli ola bilər. Bundan başqa, duzlu ədviyyatlı qidaları rasiondan çıxarmalıyıq. İmsakda boyat yeməklərdən imtina etməliyik”.

Orucumuzu açarkən də düzgün qidalanmalıyıq ki, günboyu ac qalan mədəmizə ağırlıq düşməsin. Ə.Cabbarova deyir ki, orucu ilıq su ilə açmaq lazımdır. “İftarda birbaşa quru qidanın qəbulu həzm problemləri yarada bildiyindən tövsiyə olunur ki, öncə sulu yeməklərdən başlanılsın. Əsasən, az yağlı, tərkibində sous olan müxtəlif kalorili yeməklərin, xəmir xörəklərin, qızartmaların, acılı, ədviyyatlı qidaların Ramazan ayı boyunca iftar süfrələrində yer almaması tövsiyə olunur. Maye olaraq süd, ayran, az şəkərli kompot istifadə olunması məsləhətdir”.
Mütəxəssislər yeməkdən sonra dərhal şirniyyat qəbul etməyi də düzgün saymırlar. Çünki artıq çəkiyə səbəb olur. Bundan başqa, iftarla imsak arası fasilələrlə bol maye qəbulunu tövsiyə edirlər.

Mənbə: ATV

Bugün TV

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu