Baş xəbərSosial

Hərbi attaşelər Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər

Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər.

Müdafiə Nazirliyindən Bugun.tv-yə verilən məlumata əsasən, qonaqlar əvvəlcə Hərbi İnstitutun ərazisindəki muzeydə Ulu Öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən foto stendlə tanış olublar.

Daha sonra qonaqlar təhsil müəssisəsinin ərazisi, tədris korpusları və maddi-texniki bazasını ziyarət edib burada hərbiyyəlilər üçün yaradılan şərait ilə tanış olub, keçirilən tədris prosesini izləyiblər.

Xarici ölkələrin hərbi nümayəndələrinə xüsusi təyinatlı təhsil müəssisəsinin tarixi və fəaliyyəti barədə brifinq təqdim olunub. Qonaqlara, həmçinin görüşün bədii hissəsində hərbi orkestrin ifa etdiyi musiqi kompozisiyaları ərmağan edilib.

Sonda qarşılıqlı hədiyyələr mübadiləsi olub və xatirə fotosu çəkdirilib.

Aynur Camal

Oxşar xəbərlər

Ceyhun Məmmədov – Bu gün müsəlmanlar Mövlud gününü qeyd edir

Aynur Camal

Si Cinpin müstəqil Fələstin dövlətinin yaradılmasına çağırdı

Aynur Camal

Vüqar Bayramov: Özbəkistandan Azərbaycana gələn turistlərin sayı 34 faiz artdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu