Azərbaycan mahnıları, İsrail Prezidentinin iqamətgahı, Leyla Vəliyeva, Rəşid Vəliyev, Sukkot bayramı, Azərbaycan musiqisi, mədəniyyətlərarası əlaqələr, İsraildə Azərbaycan musiqisi
Sosial

İsrail Prezidentinin iqamətgahı qarşısında Azərbaycan mahnıları səsləndirildi

Bugun.tv xəbər verir ki, ötən aın sonlarında İsrail Prezidentinin iqamətgahı qarşısında Sukkot bayramı münasibətilə tədbir keçirilib.

Tədbirdə tanınmış kəndirbaz Rəşid Vəliyev və onun qızı, gənc müğənni Leyla Vəliyeva iştirak ediblər.

Tədbir çərçivəsində Leyla Vəliyeva Azərbaycan dilində “Payız gəldi” və “Mehriban ailəyik” mahnılarını, eləcə də ivrit dilində “Antarktida” adlı mahnını ifa edib.

Azərbaycan mahnılarının İsraildə keçirilən tədbirdə səslənməsi milli musiqimizin təqdimatı baxımından diqqət çəkib. Müxtəlif dillərdə mahnıların ifası isə mədəniyyətlərarası ünsiyyətin və musiqi vasitəsilə xalqlar arasında əlaqələrin əhəmiyyətini bir daha nümayiş etdirib.

Qeyd edək ki, Sukkot yəhudi xalqının ənənəvi bayramlarından biridir.

Aynur Camal

Oxşar xəbərlər

Məhluqə Rəhimova: Məktəb dini mübahisələrin deyil, elmin və milli gələcəyin məkanıdır

Aynur Camal

Payız mövsümünə özəl: Kosmetoloji prosedurlara 20 faiz endirim elan edildi

Elnarə Dərziyeva

Elmir Səfərli: Xəzər Universiteti ilə əməkdaşlıq tələbələrin praktiki hazırlığına töhfə verəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu