DünyaHadisə

Suriya hərbçiləri İsrailin raket zərbəsini dəf etdi

Suriyanın Hava Hücumundan Müdafiə Sistemləri İsrail Hərbi Hava Qüvvələrinin Homs vilayətində yerüstü hədəflərə endirdiyi raket zərbəsini dəf edib.

Bugun.tv xəbər verir ki, bu barədə Əl İhbariya telekanalı Suriya Silahlı Qüvvələri komandanlığındakı mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, hücum zamanı beş suriyalı hərbçi yaralanıb və maddi ziyan dəyib.

“İsrail vilayətin mərkəzi hissəsindəki hərbi mövqelərə təcavüzkar hücum həyata keçirib. Suriya Hava Hücumundan Müdafiə Sistemləri düşmənin hava desant hədəflərinə atəş açıb və bir neçə raketi vurub”.

Əl Hadath telekanalının məlumatına görə, İsrail 2022-ci ildə Suriya ərazisindəki hərbi mövqe və obyektlərə 32 dəfə hücum edib. 90-dan çox quru hədəfini vurub, 89 suriyalı hərbçini öldürüb, 120-dən çox hərbçini yaralayıb. Suriyanın Hava Hücumundan Müdafiə Sistemləri İsrail Hərbi Hava Qüvvələrinin Homs vilayətində yerüstü hədəflərə endirdiyi raket zərbəsini dəf edib.

Mənbə:TASS

 

Bugün TV

Oxşar xəbərlər

İsrail ordusu İordan çayının qərb sahilində Quran yayımlayan radionu bağladı

Aynur Camal

Fransada və İspaniyada meşə yanğınları: Bordo yaxınlığında 4 minə yaxın insan təxliyə edildi

Aynur Camal

İtaliyada çimərlik yerlərini əvvəlcədən “tutanlara” qarşı əməliyyat keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu