26 C
Baku
18 Sentyabr 2026, 14:09
Baş xəbərHadisə

Qanunsuz küçə ticarəti ilə bağlı 20 fakt aşkarlanıb

Bugun.tv xəbər verir ki, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məişət tullantılarının urnalardan kənara atılması hallarının, eləcə də həyata keçirilən qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə rayon ərazisində müvafiq tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, son iki həftə ərzində şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı ətraf mühitin çirkləndirilməsi halları üzrə 13 fakt, qanunsuz küçə ticarəti ilə bağlı isə 20 fakt aşkarlanıb. Qaydaları pozan şəxslərlə izahedici söhbətlər aparılıb və onlara yol verdikləri qayda pozuntusu barədə məlumat verilib.

Həmin şəxslərin hər biri qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.

Aynur Camal

Oxşar xəbərlər

“Səhnəmizin Şəfəq Çağı” adlı teatral-konsert proqramı keçirildi

Aynur Camal

Gündə cəmi 5 dəqiqə kitab oxumaq orqanizmə necə təsir edir?

Aynur Camal

Məhəmməd Əsədullazadə: “Avropa İttifaqı yeni “NATO” yaradır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu