Hadisə

Güclü yağışların yaratdığı daşqınlar iki nəfərin həyatına son qoydu

Fransaya məxsus Korsika adasında bir neçə gündür davam edən güclü yağışlar ciddi daşqınlara səbəb olub. Sel sularının avtomobili yoldan çıxararaq aparması nəticəsində iki nəfər həlak olub, daha bir nəfər isə xilas edilib.

Bugun.tv xəbər verir ki, Reuters agentliyinin noyabrın 6-da yaydığı məlumata görə, hadisə cümə günü səhər saatlarında baş verib. Fransanın daxili işlər naziri Loran Nünez bildirib ki, avtomobil daşqın sularına düşərək aparılıb. Hadisə zamanı 40 yaşlı qadın xilas edilib. Xilasedicilərdən biri isə müdaxilə zamanı hipotermiyaya məruz qaldığı üçün xəstəxanaya yerləşdirilib.

Bəzi ərazilərdə 350 millimetrədək yağıntı qeydə alınıb

Fransanın meteorologiya xidməti Korsika və ölkənin cənubundakı bəzi ərazilər üçün güclü yağış və daşqın təhlükəsi barədə xəbərdarlıq edib. Çərşənbə günü günortadan başlayan fırtına nəticəsində bəzi ərazilərə 350 millimetrədək yağıntı düşüb.

Güclü yağışlar yolların su altında qalmasına və nəqliyyatın hərəkətində çətinliklərə səbəb olub. Xilasetmə və müvafiq xidmətlər hadisələrin nəticələrinin aradan qaldırılması istiqamətində fəaliyyətlərini davam etdirirlər.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Tayvanda Panasonic zavodunda yanğın: iki nəfər öldü, beş nəfər yaralandı

Aynur Camal

Yeni Dehlidə hava çirklənməsi təhlükəli həddə yaxınlaşdı

Aynur Camal

İspaniyada qatar faciəsindən sonra üç günlük milli matəm elan edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu