Image default
Dünyaİdman

Vyetnam Rusiyada keçiriləcək “Future Games”ə qatılacaq

Vyetnam 2024-cü ildə keçiriləcək “Future Games” turnirində iştirak etməyə razılıq verib.

Bugun.tv xəbər verir ki, bu barədə idman, mədəniyyət və turizm məsələlərinə nəzarət edən Rusiya baş nazirinin müavini Dmitri Çernışenko bildirib.

“Təkcə Vyetnamda 18 milyondan çox e-oyunçu var, ölkənin güclü kiberidman komandaları var. Biz onları “Figital” hərəkatına qoşulmağa dəvət edirik”, – Rusiya rəsmisi bildirib.

“Mən Vyetnam komandalarının “Future Games”də ölkəni ləyaqətlə təmsil edəcəyinə və yüksək nəticələr əldə edəcəyinə əminəm. Çünki bu ölkədə futbol və kiberidman kimi ənənəvi idman növlərinə maraq çox yüksəkdir”, – Çernışenko əlavə edib.

Gələcəyin ilk kiberidman oyunları 2024-cü ildə Kazanda keçiriləcək. Oyunlar robototexnika, AR və VR texnologiyaları, informasiya texnologiyaları və süni intellekt sahələrində ən son inkişafları əks etdirir. Mükafat fondu 25 milyon ABŞ dolları təşkil edəcək.

Bugün TV

Oxşar xəbərlər

İngiltərə təhlükəsizlik səbəbindən İrandakı diplomatik heyətini geri çağırdı

Aynur Camal

İran: ABŞ İrana qarşı ən qabaqcıl silahlarından istifadə edir

Aynur Camal

Dünya Kubokunun finalı ABŞ-da rekord izləyici sayı topladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu