Image default
Dünyaİqtisadiyyat

ABŞ İraqın yeni enerji sazişlərini alqışlayır

“Biz İraqın suverenliyini, müstəqilliyini və iqtisadi rifahını gücləndirən enerji sazişləri üzrə İraqda əldə edilmiş əhəmiyyətli irəliləyişi alqışlayırıq”.

Bugun.tv xəbər verir ki, bunu ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Jake Sullivan deyib.

O, İraq Mərkəzi Hökuməti ilə KRG arasında Türkiyəyə neft ixracının bərpası üçün imzalanan razılaşmanın İraqın enerji sektoru və iqtisadiyyatına töhfə verəcəyini bildirib.

Sullivan İraq hökumətinin Fransanın TotalEnergies şirkəti ilə imzaladığı 27 milyard dollarlıq müqavilənin əhəmiyyətinə diqqət çəkib.

“Bu tarixi layihə həyata keçirildiyi zaman, İraq xalqının xeyrinə elektrik təchizatı və enerjidə özünü təmin etməsi artacaq. İraqın cənubunda yanan qazın zərərli iqlim təsirlərini azaldacaq. Bu, qaz məhsullarının yeni bazarlara ixracına imkan verəcək”,- Sullivan vurğulayıb.

O, Qətər, Səudiyyə Ərəbistanı və ABŞ şirkətlərinin bu infrastruktur layihəsində mühüm rol oynamasından məmnun olduqlarını bildirib.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

11- gündür ki, ABŞ-ın İrana zərbələri davam edir

Aynur Camal

Rusiya Müdafiə Nazirliyi: İki yaşayış məntəqəsi nəzarətə götürüldü, 808 PUA vuruldu

Aynur Camal

Tramp Livan prezidentini Ağ Evdə qəbul etdi: əsas müzakirə mövzusu İsraillə münasibətlər oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu