Image default
Baş xəbərSosial

“Zərərli vərdişlər və narkomaniya” mövzusunda tədbir keçirildi

Bugun.tv-yə daxil olan məlumata görə, Qobustan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 3 saylı tam orta məktəbdə “Zərərli vərdişlər və narkomaniya” mövzusunda maarifləndirici tədbir keçirilib.

Məktəblilərlə görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Bəhruz Cabbarov narkotik vasitələrin və psixotrop maddələrin cəmiyyət, insan sağlamlığı üçün yaratdığı problemlərdən danışıb. Bəşəri bəla olan narkomaniyaya qarşı ölkəmizdə aparılan mübarizə çərçivəsində görülən işlərdən, həyata keçirilən tədbirlərdən söz açıb.

Daha sonra çıxış edənlər də narkomanlığın ziyanları ilə bağlı keçirilən təbliğat xarakterli görüşlərin əhəmiyyətini diqqətə çatdırıblar və bu bəlaya qarşı mübarizədə hər kəsin fəal olmasının vacibliyini vurğulayıblar.

Tədbirin sonunda məktəblilərin sualları cavablandırılıb və onların fikirləri dinlənilib.

Aynur Camal

Oxşar xəbərlər

FIFA dünya çempionatının finalından sonra insidentlə bağlı araşdırmaya başladı

Aynur Camal

Deputat Ceyhun Məmmədov: Azərbaycan-Almaniya münasibətləri yeni strateji mərhələyə qədəm qoyur

Aynur Camal

Məhəmməd Əsədullazadə: İran ABŞ ilə yenidən danışıqlara başlamağa çalışır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu