Vüqar Bayramov, Zəngəzur dəhlizi, Naxçıvan, Naxçıvan iqtisadiyyatı, sahibkarlara güzəştlər, logistik dəstək, ixrac imkanları, Dövlət Proqramı
Baş xəbərİqtisadiyyat

Vüqar Bayramov: Zəngəzur dəhlizinin açılması Naxçıvana yeni iqtisadi imkanlar yaradacaq

Bugun.tv xəbər verir ki, iqtisadçı, Milli Məclisin deputatı Vüqar Bayramov Zəngəzur dəhlizinin istifadəyə verilməsindən sonra Naxçıvan Muxtar Respublikasında sahibkarlar üçün yeni güzəştlərin tətbiqinin nəzərdə tutulduğunu bildirib.

 

Deputatın sosial media hesabındakı sözlərinə görə, Azərbaycan Prezidentinin sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na edilən dəyişikliklər regionun iqtisadi imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Naxçıvanda istehsal olunan məhsulların quru yolu ilə ixracını əhəmiyyətli dərəcədə asanlaşdıra bilər.

Vüqar Bayramov vurğulayıb ki, dəhlizin istifadəyə verilməsindən sonra sahibkarlara dəstək mexanizmlərinin genişləndirilməsi, müxtəlif güzəştlərin tətbiqi və məqsədli logistik dəstəyin göstərilməsi nəzərdə tutulur. Onun fikrincə, bu tədbirlər daşınma xərclərinin optimallaşdırılmasına, yerli məhsulların rəqabət qabiliyyətinin artırılmasına və onların həm daxili, həm də xarici bazarlara çıxışının sürətləndirilməsinə imkan verəcək.

Deputat hesab edir ki, yeni mexanizmlər Naxçıvanda iqtisadi fəallığın, məşğulluğun və ixracın artmasına, yerli istehsalın güclənməsinə və regionun sosial-iqtisadi inkişafının sürətlənməsinə şərait yaradacaq.

Aynur Camal

Oxşar xəbərlər

Razi Nurullayev: Sülhün möhkəmləndirilməsi üçün cəmiyyətlər arasında etimad artırılmalıdır

Aynur Camal

Rusiya və Ukrayna danışıqlar masasına oturur

Aynur Camal

QOLAT Sport Service idman tədbirlərinin təşkili və idman geyimlərinin hazırlanması ilə bağlı xidmətlər təqdim edir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu