Baş xəbər

İsmayıllı RİH-də yeni təyinat

Bugun.tv xəbər verir ki, İsmayıllı Rayon İcra Hakimiyyətində yeni təyinat olub.

Belə ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun müvafiq Sərancamına əsasən, Eyyub Əfşər oğlu Musayev RİH başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Eyyub Əfşər oğlu Musayev 20 yanvar 1981-ci ildə İsmayıllı rayonunda anadan olub.

2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznesin İnzibatçılığı” üzrə bakalavr, 2007-2010-cu illərdə həmin universitetin “Sosial sahələrin İqtisadiyyatı “ üzrə magistr təsili alıb. 2012-2016-cı illərdə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib, İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 21 məqalənin müəllifidir.

20 iyun 2006-cı ildən İsmayıllı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində aparıcı məsləhətçi olaraq işə başlayıb. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatında sektor müdiri, DSMF İsmayıllı rayon şöbəsində şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində çalışıb.

Ailəlidir, 1 övladı var.

Bu gün Eyyub Musayev İsmayıllı RİH kollektivinə təqdim olunub.

Bugün TV

Oxşar xəbərlər

Qəzzədə şagirdlər məzuniyyət imtahanlarına elektriksiz çadırlarda hazırlaşır

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan Avropanın enerji təhlükəsizliyində rolunu gücləndirir

Aynur Camal

Ceyhun Məmmədov: WUF13 Azərbaycanın qlobal şəhərsalma və inkişaf platformasına çevrildiyini təsdiqləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu