DünyaSiyasət

Prezident seçkisi bülleteni Ali Seçki Şurası tərəfindən təsdiqləndi

Bugun.tv xəbər verir ki, Türkiyə Ali Seçki Şurası (YSK) mayın 14-də keçiriləcək Prezident seçkiləri və 28-ci parlament seçkilərinə namizədlər üçün hazırlanan seçki bülletenlərinin çapına dair göstəriş verib.

Sədri Əhməd Yener, YSK üzvləri və siyasi partiya nümayəndələri seçkilərdə istifadə olunacaq bülletenlərin çapı üçün əvvəlcədən müəyyən edilmiş mətbəəyə gedərək seçki bülleteni layihəsini araşdırıblar.

YSK heyəti müvafiq seçki bülleteni çap əməliyyatına başlamağı qərara alıb.

Prezidentliyə namizədlərin birləşmiş bülletendəki yerlərini müəyyən etmək üçün aprelin 1-də keçirilən püşkatmada namizədlərdən Rəcəb Tayyib Ərdoğan 1-ci, Məhərrəm İncə 2-ci, 3-cü yerdə Kamal Kılıçdaroğlu, 4-cü yerdə Sinan Oğan qərarlaşıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Rusiya Azərbaycana qarşı yenidən böhran yolunu tutdu

Aynur Camal

Alberta Kanadadan ayrılacaq? Ştatda müstəqilliklə bağlı referendum müzakirələri qızışır

Aynur Camal

Kinoteatrlar Meta-nın ağıllı eynəklərini qadağan etməyi müzakirə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu