7 C
Baku
22 Fevral 2026, 3:17
Baş xəbərDünya

Dinləmə qalmaqalına BMT-dən reaksiya

Bugun.tv xəbər verir ki, ABŞ kəşfiyyatı BMT-nin baş katibi Antonio Quterreşin danışıqlarını dinlədiyini üzə çıxarıb.

Quterreşin sözçüsü deyib ki, baş katibin “dinlənməsinə” “təəccüblənməyib”.

Sənədlərdə onun şəxsi çıxışlarına dair hesabatlar yer alıb.

BMT Baş katibinin sözçüsü Stefan Dujarrikin verdiyi açıqlamada Quterreşin Rusiyaya qarşı kifayət qədər sərt davranmadığının ifadə edildiyi xəbərlərə gəlincə, “Baş katib hadisələrə biganə yanaşmadığını, Ukrayna müharibəsində beynəlxalq hüququn və BMT nizamnaməsinin pozulmasını çox aydın şəkildə vurğulayıb. Moskvada, Kiyevdə, Nyu-Yorkda eyni sözləri deyir. Onların bu söhbətlərində problem görmürəm ”- deyə qeyd edib.

Xatırladılıb ki, 1946-cı il Birləşmiş Millətlər Təşkilatının İmtiyazlar və Toxunulmazlıq Konvensiyasına, 1947-ci il ABŞ-BMT Konvensiyasına və Diplomatik Münasibətlərə dair 1961-ci il Vyana Konvensiyasına əsasən, BMT rəsmiləri casusluq fəaliyyətinin hədəfinə çevrilə bilməz.

Lakin ABŞ hər üç konvensiyanı pozaraq, BMT baş katibinin telefon danışıqlarını dinləyib və lentə alıb.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan Qətər və Səudiyyə Ərəbistanı ilə kənd təsərrüfatı ixracını genişləndirməyi planlaşdırır

Aynur Camal

Beynəlxalq Ana Dili Günü: Dilimizi qoruyaq, kimliyimizi yaşadaq

Aynur Camal

Azərbaycan milli markaları Dubay 2026 sərgisində təqdim olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu