Dünya

Fransada gecə saatlarında küçəyə çıxmaq qadağan edildi

Bugun.tv xəbər verir ki, Fransada tələbələrin də dəstəklədiyi “Sarı jiletlilər” hərəkatının etirazları və zorakılıq hadisələrindən sonra hökumət bəzi şəhərlərdə gecə saatlarında küçəyə çıxmağa məhdudiyyətlər tətbiq edib.

“Ensonhaber” nəşrinin məlumatına görə, Fransanın Baş naziri Sebastyan Lekornu yerli səviyyədə qismən komendant saatlarının tətbiqi üçün prefektlərə göstəriş verib. Lill şəhərinin də daxil olduğu ölkənin şimalındakı bir sıra şəhərlərdə saat 20:00-dan səhər 06:00-dək küçəyə çıxmaq qadağası elan edilib. Məhdudiyyətlərin əhatə edəcəyi digər ərazilərlə bağlı ətraflı məlumat verilməyib.

Baş nazir bildirib ki, hazırkı mərhələdə bütün ölkə üzrə fövqəladə vəziyyət elan etməkdənsə, konkret ərazilərdə məqsədli məhdudiyyətlər tətbiq etmək daha məqsədəuyğun hesab olunur. Onun sözlərinə görə, Parisin bütün ərazisində komendant saatının tətbiqi nəzərdə tutulmur.

Məlumata əsasən, oktyabrın 17-də keçirilən etirazlar zamanı ölkə üzrə təxminən 2 400 nəfər saxlanılıb, polis əməkdaşları, jandarmlar və yanğınsöndürənlər də daxil olmaqla, təxminən 1 000 nəfər xəsarət alıb. Ən azı 3 000 mağazanın zərər gördüyü və ya talan edildiyi bildirilir.

Etirazlarla əlaqədar Parisdəki məşhur Luvr muzeyi də müvəqqəti olaraq ziyarətçilər üçün bağlanıb. Daxili işlər naziri Lorent Nünez istefasını təqdim etsə də, Prezident Emmanuel Makron bu istefanı qəbul etməyib.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Rusiya səfiri: ABŞ-ın Kubaya qarşı blokadası beynəlxalq hüququ pozur

Aynur Camal

Albaniyada Trampın kürəkəni ilə əlaqələndirilən kurort layihəsi etirazlara səbəb oldu

Aynur Camal

Amelia Erhartın itkin təyyarəsinin axtarışı nəticəsiz qaldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu