10 C
Baku
17 Aprel 2026, 6:02
Baş xəbərİdman

Üzgüçülərimiz beynəlxalq turniri yüksək nəticələrlə başa vurdu

Cari ayın 13-dən 16-dək Macarıstanın Şopron şəhərində yeniyetmələr arasında keçirilən üzgüçülük üzrə beynəlxalq turnirdə Azərbaycanın milli komandası yarışı yüksək nəticələrlə başa vurublar.

Bugun.tv-nin Gənclər və İdman Nazirliyindən əldə etdiyi məlumata əsasən, Azərbaycan üzgüçülərindən Məryəm Cavadova (3 qızıl, 1 gümüş medal), Oqtay Hüseynov (2 qızıl, 1 gümüş, 1 bürünc medal), Amin Orujli (1 qızıl medal), Fərhad Şirməmmədli (1 qızıl, 2 gümüş, 1 bürünc medal), Xumar Mustafayeva (1 qızıl, 1 bürünc medal), Daniyal Muhəmməd (2 qızıl medal), Anastasiya Boborkina (1 qızıl, 1 bürünc medal), Əbdürrəhman Rüstəmov (2 qızıl, 2 gümüş, 1 bürünc), Timur Beker (1 qızıl, 1 bürünc), Mehri Abdürrəhmanlı (1 gümüş medal), Vlastina Xasyanova (1 gümüş, 1 bürünc medal), Orxan Əliyev, Sura Katerina və Ramal Sadıqlı (hər biri bürünc medal) qazanıblar.

Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı Almaniya, Fransa, Macarıstan, Slovakiya və Xorvatiya təmsilçiləri də mübarizə aparıblar.

Aynur Camal

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu