DünyaSiyasət

“Müharibə bitmədiyi halda, Ukraynanın NATO-ya üzvlüyü barədə danışmaq çətindir”

NATO ölkələri Ukraynanı yalnız münaqişə başa çatdıqdan sonra alyansa qəbul etmək barədə düşünə biləcəklər.

Bugun.tv xəbər verir ki, bu barədə Çexiya prezidenti Petr Pavel NATO-nun baş katibi Yens Stoltenberqlə Brüsseldə danışıqlardan sonra jurnalistlərə bildirib.

“Hazırda Ukrayna müharibədə olan zaman üzvlüklə bağlı konkret tarixlər barədə danışmaq olduqca çətindir. Əvvəlcə müharibə başa çatmalıdır”, – Petr Pavel deyib.

Çexiya lideri həmçinin qeyd edib ki, Qərb ölkələri Ukraynaya uzunmüddətli dəstək verməyə hazırdır.

“Ukraynanı dəstəkləməkdən başqa alternativ yoxdur” – o, vurğulayıb.

Mənbə: TASS

Bugün TV

Oxşar xəbərlər

Rekord istilər: Vətəndaşlar kondisioner almaq üçün mağazalara axışdı

Aynur Camal

“Pambıq şəkərdən daha yüngül” iki nəhəng ekzoplanet aşkar edildi

Aynur Camal

Son 24 saatda dünyada 4 güclü zəlzələ baş verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu