22 C
Baku
26 Sentyabr 2026, 23:53
Baş xəbərSosial

Moskvada bayram namazı qılındı

Bugun.tv xəbər verir ki, Ramazan bayramı ilə bağlı müsəlmanlar səhər saatlarından Rusiyanın paytaxtındakı Abidə və Tarixi məscidə, eyni zamanda Moskva Mərkəzi Məscidinə axışıblar. 30-dan çox məntəqədə bayram namazı üçün xüsusi sahə hazırlanıb.

Paytaxtdakı məscidlərdə namaz qılmaq istəyənlər ətrafdakı metro stansiyalarında və küçələrdə sıxlıq yaradıblar. Məscidlərə sığmayan minlərlə nəfərlik camaat təhlükəsizlik səbəbilə nəqliyyatın hərəkətinə qapadılan metrlərlə küçələrə, xiyabanlara və parklara axıb.

Polisin təhlükəsizlik tədbirləri gördüyü küçələrdə müsəlmanlar uyğun gördükləri küçələrdə seccadelərinin üstündə dayanıblar.

Rusiya Federasiyası Müsəlmanları Dini İdarəsinin və Müftilər Şurasının prezidenti Ravil Qaynuddin Moskva Mərkəzi Məscidində xütbə oxuyub və bayram namazını imam edib.

Qaynuddin Rusiya prezidenti Vladimir Putinin, Rusiyanın baş naziri Mixail Mişustinin və Moskva meri Sergey Sobyaninin Rusiya müsəlmanlarına ünvanladığı təbriki oxuyub. Moskva Mərkəzi Məscidində qılınan bayram namazının və oxunan xütbənin səsyazısı az sonra “Rossiya-1” dövlət kanalında yayımlanıb.

Rusiya müsəlmanları da bayram namazını ölkənin digər şəhərlərində, xüsusilə Vladivostok, Ufa, Kazan və Qroznıda da qılıblar.

Mənbə: TRT Haber

Kəmalə Sultan

Oxşar xəbərlər

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında hüzn, həm də qürurla yaşayan bir tarixdir

Bugün TV

Ekspert: ABŞ və İran arasında danışıqlarda anlaşma mümkündür

Aynur Camal

Vüqar Bayramov: Yeni Dövlət Proqramı iş adamları üçün yeni imkanlar yaradacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu