DünyaHadisə

Avtobusun aşması nəticəsində 11 nəfər öldü

Bugun.tv-nin əldə etdiyi məlumata görə, hadisə Yəməndə baş verib. Taiz şəhərini müvəqqəti paytaxt Ədənlə birləşdirən Heyce əl-Abd magistral yolunda sərnişin avtobusu aşıb. Qəzada 11 nəfər ölüb, digərləri isə xəsarət alıb.

Taizdəki Sevra xəstəxanasına yerləşdirilən yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Heyce əl-Abd şossesində geniş qazıntılar və kələ-kötür döngələrə görə tez-tez yol qəzaları baş verir. Bu vəziyyət can itkisi ilə yanaşı, yük maşınlarının aşmasına və saatlarla hərəkətin dayanmasına səbəb olur. Vətəndaşlar Heyce əl-Abd avtomobil yolunun baxım və təmiri üçün illərdir çağırışlar edirlər.

Bildirilir ki, 2017-ci ilin yanvarından 2022-ci ilin iyununa qədər sözügedən yolda baş verən qəzalarda 123 nəfər ölüb, 470 nəfər yaralanıb.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

ABŞ–İran gərginliyi davam edir: Hörmüz boğazı əsas mübahisə mövzusu oldu

Aynur Camal

Ukraynada kütləvi dron və raket hücumu: enerji infrastrukturu hədəfdə

Aynur Camal

ABŞ–Çin sammiti: “Rəqib yox, tərəfdaş”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu