Baş xəbərSosial

Xarici ölkələrin qida təhlükəsizk qaydaları Azərbaycanda da tanınacaq

Bugun.tv xəbər verir ki, xarici ölkənin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarının Azərbaycanda ekvivalentliyinin tanınması qaydası təsdiq edilib.

Qeyd edək ki, bu qaydada Nazirlər Kabinetinin 131 №-li Qərarı ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr nəzərdə tutulub.

Qaydanın qəbul olunması ilə:

  • Azərbaycan Respublikasının xarici ticarət tərəfdaşı olan ölkənin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarının Azərbaycan Respublikasında tətbiq edilən eyni texniki normativ hüquqi aktlarla bərabər qüvvəyə malik olması təmin ediləcək;
  • xarici səlahiyyətli qurum tərəfindən ekvivalentliyin tanınması üçün Agentliyə müraciət edilməsi və tanınma proseduru təsbit ediləcək;
  • proseslərin məntiqi nəticəsi olaraq, yerli qida bazarında qida məhsullarının rəqabətliliyi artacaqdır.
Aynur Camal

Oxşar xəbərlər

18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Aynur Camal

Məhluqə Qaramanlının rəhbərlik etdiyi təşkilatın təcrübəsi beynəlxalq platformada işıqlandırıldı

Aynur Camal

Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu