Hindistan sanksiyalar məhdudiyyətlərinə baxmayaraq, Rusiya şirkətlərindən neft alışını artırmaqda maraqlıdır.
Bugun.tv xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Hindistandakı ticarət nümayəndəsinin müavini Yevgeni Qriva forumda bildirib.
“Deyə bilərəm ki, həm Hindistan Neft Korporasiyası, həm “Reliance Industries”, həm də dünyanın ən böyük neft emalı zavodu Rusiyadan xam neft alışını artırmaqda maraqlıdır. Tələb indiyədək istehlakı üstələyir və Hindistan şirkətləri sanksiyalar məhdudiyyətlərinə nəzər salmadan bizimlə əməkdaşlığa can atırlar”,- o qeyd edib.
“Ödənişləri donduran və ya gecikdirən banklarla bağlı müəyyən problemlər var. Lakin rubl və rupi ilə ticarətə keçid vəziyyəti həll etməyə kömək edir”.
Yevgeni Griva iki ölkə arasında milli valyutada ticarətin həcminin artacağını əlavə edib.
Mənbə: TASS