DünyaHadisə

Rusiyada güclü yanğın nəticəsində 130-dan çox ev məhv oldu

Rusiyanın Sverdlovsk vilayətində 130-dan çox ev yanğın nəticəsində məhv olub. 1 nəfərin isə öldüyü deyilir.

Bugun.tv xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin regional bölməsinin açıqlamasında bildirilir.

“Yanğınsöndürənlər Tayojnı və Sosva qəsəbələrində 1200-dən çox evi xilas edə biliblər. Bununla belə, alovlar 178 binanı, o cümlədən 134 evi məhv edib”, – məlumatda deyilir.

Regional hakimiyyət orqanları bildirir ki, bütün kommunal, enerji və qaz xidmətləri yanğınlara qarşı yüksək hazırlıq vəziyyətinə gətirilib.

Fövqəladə Hallar Nazirliyinin sözçüsü daha əvvəl TASSa bildirib ki, Sosvada 9 min kvadratmetr, Tayojnıda isə 2700 kvadratmetr sahədə yanğınlar söndürülüb.

Bugün TV

Oxşar xəbərlər

Rusiyanın Kiyevə hava hücumu nəticəsində 2 nəfər öldü, 10 nəfər yaralandı

Aynur Camal

Avstraliya texnologiya şirkətlərini böyük cərimələrlə hədələdi

Aynur Camal

Tramp Kanadaya ultimatum verdi: Bombardier təyyarələrinin ABŞ-da satışı dayandırıla bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu