Baş xəbərMədəniyyət

“Üçlü pürüz” Türk komediyası Bakı ekranlarında!

Sabahdan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində “Üçlü pürüz” Türk komediya filminin nümayişı başlayır. Filmin rejissoru Vedat Uyardır.

Baş rollara Hakan Altıner, Selim Erdoğan və Deniz Gündoğdu çəkilib.

Film bir-birini sevən Fatih və Edadan bəhs edir.

Onlar ailələrindən gizlin evlənirlər. Cütlük evləndikləri üzə çıxmadan, Adanaya gedərək, orada saxta nigah bağlamağı planlaşdırır.

Bu məqsədlə də, əslində bank işçisi olan dostları Serhatdan saxta nigah məmuru, Hakan və Utkudan da nigah şahidi olmalarını istəyirlər.

Birlikdə Adanaya yola çıxan qrup, səyahət zamanı avtomobillərinin oğurlanması ilə gözlənilməz bir macəranın içinə düşürlər.

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Zəngəzur dəhlizinin açılması Naxçıvana yeni iqtisadi imkanlar yaradacaq

Aynur Camal

Razi Nurullayev: Sülhün möhkəmləndirilməsi üçün cəmiyyətlər arasında etimad artırılmalıdır

Aynur Camal

Rusiya və Ukrayna danışıqlar masasına oturur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu