Baş xəbərSosial

“Erkən nikah və onun fəsadları” mövzularında maarifləndirmə tədbiri keçirildi

Yevlax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 10 saylı tam orta məktəbində “Narkomaniya ümumbəşəri bəladır” və “Erkən nikah və onun fəsadları” mövzularında maarifləndirmə tədbiri keçirilib.

Bugun.tv xəbər verir ki, tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Elnur Mehdiyev şagirdlərə narkomaniya və onun fəsadları ilə bağlı geniş məlumat verib, “ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı ciddi problemləri diqqətə çatdırıb. Narkomaniyanın qarşısının alınması istiqamətində görülən genişmiqyaslı tədbirlərdən bəhs edib. Daha sonra E.Mehdiyev erkən nikahın səbəb olduğu problemlərdən söhbət açaraq, hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqları olduğunu vurğulayıb. Qeyd edib ki, hər bir şagird öz hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq durmalıdır.

Sonda isə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan XİN Naxçıvana dron hücumları barədə bəyanat yayıb, İran səfiri nazirliyə çağırılıb

Aynur Camal

Həkim: Konserv bankalarını açmadan əvvəl yumaq vacib deyil

Aynur Camal

“İran ətrafında proseslər region üçün ciddi risk yarada bilər”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu