25 C
Baku
13 Sentyabr 2026, 10:05
Baş xəbərKriminal

İçkili vəziyyətdə avtoxuliqanlıq etdi

İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən içkili vəziyyətdə avtoxuliqanlıq edən sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bugun.tv-yə verilən məlumata görə, rayon sakini Emil Mehbalıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yollarda intizamsızlıq edərək avtoxuliqanlıq hərəkətləri edib.

İctimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olduğu üçün RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılıb.

Bu zaman onun sürücülük hüququ olmadan və içkili vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyi məlum olub. Bundan əlavə, E.Mehbalıyevin müxtəlif vaxtlarda idarə etdiyi nəqliyyat vasitəsi ilə analoji qayda pozuntularına yol verdiyi və həmin qayda pozuntularının görüntülərini sosial şəbəkələrdə paylaşdığı da müəyyən edilib.

İmişli RPŞ-nin DYPB-də sürücü barəsində toplanan materiallar baxılması üçün aidiyyatı üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə E.Mehbalıyev 15 sutka inzibati qaydada həbs edilib.

Aynur Camal

Oxşar xəbərlər

Payızda ən faydalı 7 göbələk açıqlanıb – immunitetdən görməyə qədər

Aynur Camal

Vüqar Bayramov: Zəfərdən sonra Qarabağ iqtisadiyyatı 3 dəfədən çox böyüyüb

Aynur Camal

2026-cı ilin payız modasında hansı rənglər və geyimlər üstünlük təşkil edəcək?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu