Baş xəbərKriminal

Hazırlıq kursundan oğurluq edən şəxs saxlanıldı

Ağcabədi Rayon Polis Şöbəsinə fevral ayında rayondakı hazırlıq kursunun yerləşdiyi binadan oğurluq edilməsi barədə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bugun.tv-yə xəbər verilib.

Məlumatla əlaqədar müvafiq araşdırmalara başlanılıb, iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar olunub. Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini Nihad Hüseynov saxlanılıb.

N.Hüseynov oradan noutbuklar və proyektor aparatı oğurlamaqla 3500 manat dəyərində ziyan vurub. Oğurlanan əşyalar maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam edir.

Aynur Camal

Oxşar xəbərlər

Bu gün! – müstəqil dövlətçiliyin hüquqi təməlindən 31 il ötür

Aynur Camal

İlham Əliyev COP31 Liderlər Sammitində iştirak etdi – Ərdoğan və Quterreş onu qarşıladı

Aynur Camal

Avropa İttifaqı Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu