Bugun.tv xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak edib.
Dövlət başçısı sammitin keçirildiyi Antalyadakı Ekspo Mərkəzinə gəldikdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreş tərəfindən qarşılanıb. Görüş zamanı sammitdə iştirak edən digər dövlət və hökumət başçıları, eləcə də nümayəndə heyətlərinin rəhbərləri də salamlanıb. Daha sonra tədbir iştirakçılarının birgə fotosu çəkilib.

Prezident İlham Əliyev sammitdə birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birlikdə iştirak edib
Tədbirin açılışında Türkiyənin “Anadolu atəşi” rəqs ansamblı müxtəlif səhnə nümunələri təqdim edib. Ardınca BMT-nin Baş katibi Antonio Quterreş, Avstraliyanın Baş naziri Entoni Albaniz, Efiopiyanın Baş naziri Abiy Əhməd Əli, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış ediblər.
COP31-in Liderlər Sammiti iqlim dəyişikliyi ilə mübarizə və bu sahədə beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından mühüm platformadır.

Mənbə: prezident.az
