10 C
Baku
15 Fevral 2026, 12:05
Baş xəbərSosial

“Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib – VİDEO

Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib.

Bugun.tv -nin Müdafiə Nazirliyindən əldə etdiyi məlumata görə, yarışda əvvəlcə snayperlərə sıra baxışı keçirilib və təchizatları yoxlanılıb.

Şəxsi heyətə yüksək dözümlülük, təmkinlik, fiziki hazırlıq kimi xüsusiyyətlərin aşılanması və sərrast atıcılıq qabiliyyətinə malik hərbi qulluqçuların müəyyən edilməsi məqsədilə keçirilən yarışda snayperlərin maneələri dəf edərək müxtəlif məsafələrdə yerləşən hədəfləri məhvetmə bacarıqları yoxlanılıb.

6 mərhələdə keçirilən yarışda müxtəlif vəziyyətlərdə atəşaçma üzrə normativlər icra edilib.

Sonda verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirən snayperlər müəyyən edilib və mükafatlandırılıblar.

Aynur Camal

Oxşar xəbərlər

AzTV-nin 70 illiyi qeyd olunur

Aynur Camal

Prezident Əliyev: Azərbaycan Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırıb

Aynur Camal

ABŞ-ın paytaxtında Azərbaycan mədəni irsi sərgisi açılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu