Baş xəbərKriminal

“Makarov” tapança gəzdirən keçmiş məhkum saxlanıldı

Bugun.tv xəbər verir ki, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları üzərində qanunsuz odlu silah-sursat gəzdirən şəxsi tutub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbəyə Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Söhrab Məmmədovun Şəki rayonu ərazisində üzərində odlu silah-sursat gəzdirməsi barədə məlumatı daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman “Makarov” markalı tapança, 4 ədəd patron və daraq aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsində tapançanı bir müddət əvvəl Mingəçevir şəhərində yaşadığı binanın zirzəmisindən tapdığını və Şəki rayonuna isə qohumlarıgilə qonaq gəldiyini bildirib. S.Məmmədovdan götürülən tapança və patronlar ekspertizaya təqdim olunub, ekspertizanın da rəyinə əsasən sihahın atəşə tam yararlı olduğu müəyyən edilib.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. S.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Odlu silahın hər hansısa bir cinayətdə istifadə edilib-edilməməsi ilə bağlı zəruri istintaq hərəkətləri davam etdirilir.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Antiperspirantlarla bağlı şok iddialar: Döş xərçəngi və Alzheimer xəstəliyinə səbəb olur!

Elnarə Dərziyeva

Ruhlar həqiqətən mövcuddur? Son elmi araşdırmalar nə göstərir?

Bugün TV

Oyun zamanı meydançaya ildırım düşdü: Bir futbolçu həyatını itirdi

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu