4 C
Baku
28 Fevral 2026, 22:47
Baş xəbərKriminal

Avtomat satmaq istəyən şəxs saxlanıldı

Bugun.tv xəbər verir ki, Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhərindən rayon ərazisinə gələrək odlu silah satmaqda şübhəli bilinən şəxs salxanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlərlə Bakı şəhər sakini Ruslan Zalıyev saxlanılaraq polis şöbəsinə gətirilib.

Üzərinə baxış zamanı marixuana və metamfetamin aşkarlanan R. Zalıyevin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Tovuz rayonuna satmaq üçün gətirdiyi avtomatın yeri də məlum olub.

Polis əməkdaşları həmin yerə baxış keçirən zaman oradan 1 ədəd istifadəyə yararlı “Kalaşnikov” avtomatı, 1 ədəd daraq, 18 ədəd patron və narkotik vasitə olan marixuana aşkar olunaraq götürlüb.

Şübhəli şəxs ifadəsində narkotik istifadəçisi olduğunu, odlu silahı satmaq üçün Tovuz rayonuna müşxtəri tapmağa gəldiyini etiraf edib.

Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Aynur Camal

Oxşar xəbərlər

Bakıda “Mərhəmət gecəsi” adlı xeyriyyə tədbiri keçiriləcək

Aynur Camal

İlham Əliyevin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub, sənədlər imzalanıb

Aynur Camal

Deputat gənclərə çağırış etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu